top of page
Homie.jpg

Kənd təsərrüfatı, vizyon və ehtiras

Moi

Merhaba, mən Eda

Mənim yolum strateji siyasətdən, qanunvericilikdən və tədqiqatdan başlayaraq kənd təsərrüfatının gerçək dünyasına uzanır.

İllər boyu beynəlxalq təşkilatlarda, hökumətlərdə və elmi sahədə çalışaraq kənd təsərrüfatı siyasətlərinin formalaşdırılmasına, fermerlərin maarifləndirilməsinə və dayanıqlı kənd təsərrüfatı strategiyalarının qurulmasına töhfə vermişəm. İndi isə sahədə olmağın vaxtıdır.

Mən Türkiyədə böyümüş, Avropada təhsil almış bir iqtisadçıyam. Uzun illər Türkiyədə müxtəlif layihələrə məsləhətçilik etmiş, kənd təsərrüfatı, iqtisadi inkişaf və iqlim strategiyaları üzərində çalışmışam. Türk və alman köklərim məni iki fərqli dünyanın ən yaxşı tərəflərini birləşdirərək yaşamağa öyrədib. Alman sistemliliyi və dəqiqliyi ilə planlama və strategiyanı, Türk praktikliyi və çevikliyi ilə isə insanlarla ünsiyyəti və real dəyişiklik yaratmağı birləşdirirəm.

Azərbaycan hekayəm

İlk dəfə 2006-cı ildə Azərbaycana gəldim və dərhal bu ölkəyə heyran oldum. ​2021-ci bir layihənin direktoru olaraq, Azərbaycanın cənub bölgəsində kənd təsərrüfatının inkişafına töhfə vermək üçün gəldim. Layihənin bölgə sahibkarlarını, fermerləri və biznesləri bir araya gətirməsi, dayanıqlı kənd təsərrüfatı modelləri yaratması və yerli istehsalı gücləndirməsi mənim üçün təkcə bir iş deyildi — bu, mənim şəxsi missiyamın bir hissəsi idi.​

​Layihənin sonunda qalmaya qərar verdim. Edanın Bağı təkcə bir təsərrüfat deyil, xəyalımın gerçəkləşməsidir.

Edanın bağında

məqsədim yerli istehsalı gücləndirmək və ehtiyac duyulan məhsulları dəqiq və effektiv şəkildə yetişdirməkdir.​

Mən kənd təsərrüfatına fərqli baxıram. Bu, sadəcə torpaqla işləmək deyil — bu, insanlarla, icmalarla, ideyalarla işləməkdir. ​

Bunun üçün həm açıq sahədə, həm də istixanalarımızda:

  • Sifariş üzrə məhsul yetişdiririk.

  • Təlim və pilot təsərrüfat olaraq fəaliyyət göstəririk.

  • Sosial məsuliyyət layihələri həyata keçiririk.

Biz haradayıq

Azərbaycanın paytaxtı Bakı şəhərində, Abşeron yarımadasının kənd təsərrüfatı ilə tanınan Maştağadakı çiftliyimizə aşiq olduq və burada məskunlaşdıq.​

Bakı öz tarixi, mədəniyyəti və dinamik şəhər həyatı ilə seçilir, biz isə onun sakit və təbii gözəlliyi ilə fərqlənən Maştağada, kənd təsərrüfatının və təbiətin sakitliyindən zövq alırıq.

Aeroporta və şəhərin mərkəzinə yaxın, lakin təbiətlə iç-içə!

Azerbaijan
Edas.Farm2

Xəbər bülleteni

Logo

Əlaqə

Eda's Farm

Maştağa,

Baku,

Azerbaijan


Email: info@edas.farm

Tel: +994 50 600 13 61

Mağaza

Çatdırılma

Sifariş

İstifadə şərtləri


Məxfilik və Kukilər

TVS

© Copyright 2025. Eda's Farm. All Rights Reserved. | Şərtlər & Qaydalar | Məxfilik Siyasəti

bottom of page